Fevral 18, 2009 23:24 Yazar: roni10
II Hissə
İSTİQLAL
1
Zərurət görmədim təsadüf qədər
Məqsədə yönəlir bu başsız axın.
Məndən rica etdi bir vətənsevər
Yazım davammı mən "Gülüstan"ın.
Davamı...
Bəxtiyar Vahabzadə | | 85 baxış
Fevral 18, 2009 23:16 Yazar: roni10
GÜLÜSTAN
Azərbaycanın birliyi və istiqlaliyyəti
uğrunda çarpışan Səttar xan,
Şeyx Məhəmməd Xiyabani
və Pişəvərinin əziz xatirəsinə
Davamı...
Bəxtiyar Vahabzadə | | 56 baxış
Fevral 18, 2009 23:13 Yazar: roni10

Dahi şair Bəxtiyar Vahabzadənin həyat yolu...
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şer kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə Sovyet birliyinə dahil olan bir çox salqların dillərinə tərcümə edilmiş və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanmışdır.
Davamı...
Bəxtiyar Vahabzadə | | 42 baxış
Fevral 2, 2009 19:52 Yazar: roni10
KAPİTALİZM ADAMI, DEMOKRATİYA ADAMI
Maks Veber
Nə üçün bir sivilizasiya uğurla inkişaf edir, digəri daim durğunluqda qalır, üçüncüsü isə, ümumiyyətlə, yer üzündən silinib gedir? Bu suallar bəşəriyyətin fikrini çox qədimlərdən məşğul edirdi və elə indinin özündə də ictimai elmlərin başlıca problemi olaraq qalır.
Nə üçün kapitalizm və demokratiya bir ölkədə kök salıb çiçəkləyir, digərində isə məğlubiyyətə uğrayır? Qərbin demokratik cəmiyyəti insanında fövqəladə nəsə varmı və o, digər mədəniyyətin nümayəndəsindən nə ilə fərqlənir? Qərb dünyasından parlamenti, Konstitusiyanı əxz edərək qanun vasitəsilə şəxsi mülkiyyəti və bazar münasibətlərini həyata keçirməyimiz kifayətdirmi ki, ölkəmiz uğurla inkişaf yoluna qədəm qoysun?
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 48 baxış
Fevral 2, 2009 19:51 Yazar: roni10
BƏRABƏRLİYƏ QARŞI QİYAM
Fridrix Nitsşe
19-cu yüzillik insanın şəxsi azadlığı ideyasını, eləcə də bərabərlik ideyasını bir sıra ağır sınaqlara çəkdi. Fransa inqilabının qanlı hadisələri, demokratik ölkələrdə "çoxluğun tiraniyası", Konstan və Millin təsvir etdikləri kimi, cəmiyyətin insanın şəxsi həyatına müdaxiləsi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində intellektuallar arasında etiraz dalğası doğurdu. Yaradıcı şəxsiyyətlər şəxsi azadlıqla vətəndaş bərabərliyi arasında əyyami-qədimdən mövcud olan ziddiyyətlərdən danışmağa başladılar.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 36 baxış
Fevral 2, 2009 19:49 Yazar: roni10
AZADLIQSIZ XOŞBƏXTLİK
Fyodor Dostoyevski
Böyük rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881) yaradıcılığı XX yüzilliyin mənəvi həyatına əsaslı təsir göstərmiş, ədəbi modernizm, ekzistensializm, psixologiya, ilahiyyat və ədəbi tənqidin müxtəlif məktəbləri onun ideyalarının bilavasitə təsiri altında formalaşmışdır.
Moskvada qatı dindar ailəsində doğulmuş Dostoyevski hərbi həkim olan atasının tələbi ilə hərbi-mühəndislik akademiyasına daxil olmuşdur. Lakin akademiyanı bitirdikdən sonra (1848) ixtisasını atmış, özünü bütövlükdə ədəbi yaradıcılığa həsr etmişdir.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 35 baxış
Fevral 2, 2009 19:47 Yazar: roni10
AZƏRBAYCANDA LIBERAL ISLAHATLARIN LAYIHƏLƏRI Mirzə Fətəli Axundzadə
Görkəmli filosof, maarifçi və dramaturq Mirzə Fətəli Axundzadə (1812-1878) bütün müsəlman Şərqində haqlı olaraq modernizmin, liberal ənənələrin və müasir ədəbiyyatın yaradıcısı sayılır. Mirzə Fətəli uşaq yaşlarında ailədə yaxşı Şərq təhsili almışdır (ərəb və fars dillərini, Quran oxumağı öyrənmişdir). O, 1832-ci ildə Gəncədə mədrəsəyə daxil olmuş, lakin o zamankı dini təhsillə yaxından tanış olduqdan sonra ruhaniliyi buraxmaq qərarına gəlmiş və o biri il 21 yaşında ikən (!) Юəkidə yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Mirzə Fətəli iki ilə yaxın burada oxuduqdan sonra Tiflisə gedib Qafqaz canişini dəftərxanasında Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunmuş və ömrünün sonunadək bu işdə çalışmışdır.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 46 baxış
Fevral 2, 2009 19:45 Yazar: roni10
ÇOXLUĞUN TİRANİYASINA QARŞI
Con Stüart Mill
Con Stüart Mill (1806-1873) müasir dövr demokratiyasının ingilis nəzəriyyəçiləri arasında ən hörmətli simalardan biridir. Millin atası Ceyms yeni liberal təlim olan utilitarizmin yaradıcısı Ceremi Bentamın yaxın dostu və məsləkdaşı idi. Mill öz atasından mükəmməl klassik təhsil almış, psixologiya və Roma hüququnu isə müstəqil öyrənmişdi. Mill təxminən 20 il Şərqi Hind şirkətində nəzarətçi işləməklə yaşayışı üçün çörəkpulu qazanmışdır. Həmin dövrdə və sonrakı illərdə Con Mill müasir liberal nəzəriyyəni inkişaf etdirən və onu ictimai həyatın müxtəlif sahələrinə tətbiq edən külli miqdarda fəlsəfi əsər çap etdirmişdir. Mill belə hesab edirdi ki, insan hüquqları hər cür hörmətə layiqdir, təkcə ona görə yox ki, bu hüquqlar yaranışdan ona məxsusdur, insan hüquqlarına həm də ona görə hörmət edilməlidir ki, bunlar cəmiyyətin sabit inkişafı və ümumi xoşbəxtliyin əldə edilməsi üçün zəruridir.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 54 baxış
Fevral 2, 2009 19:44 Yazar: roni10
KOMMUNİZM KABUSU
Karl Marks və Fridrix Engels
Bütün ömrünü kommunist rejimi şəraitində yaşamış nəsil kommunist hərəkatının baniləri Karl Marks (1818-1883) və Fridrix Engelsin (1820-1895) əsərləri ilə yaxşı tanışdır. Balacalardan tutmuş böyüklərə qədər hamı bu müəlliflərin yazdıqlarını az qala əzbər öyrənməyə məcbur idi. Marksist doktrinasına zidd olan hər şey (istər ictimai elmlər sahəsində, istərsə də hətta fizika, riyaziyyat və biologiya sahəsində olsun) ya qadağan edilmişdi, ya da amansızcasına tənqid olunurdu.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 51 baxış
Fevral 2, 2009 19:41 Yazar: roni10
SIYASI HÜQUQLAR ŞƏXSI AZADLIĞI POZANDA Bencamin Konstan
Fransız liberalizminin ideoloqu, yazıçı və siyasi xadim Bencamin Konstan de Rebek (1767-1830) 18-ci əsrin sonu - 19-cu əsrin başlanğıcında Fransada baş verən böyük tarixi hadisələrin müasiri olmuşdur. Isveçrədə ortabab zadəgan ailəsində doğulmuş Konstan sonralar Almaniya və Fransada mükəmməl təhsil alır. 1799-cu ildə əqidəsi üzündən hersoq Braunşveyqin yanındakı işi ataraq inqilab cəbhəsinə qoşulur. 1799-cu ildə Napoleon onu öz yanında qulluğa dəvət edir. Lakin tezliklə Konstan diktatora qarşı müxalifətə keçir və 1803-cü ildə 11 il müddətinə Fransanı tərk etməli olur.
Davamı...
Demokratiya: Gediləsi Uzun Bir Yol | | 35 baxış
Yazılar cəmi: 94
Sonrakı səhifə »