Hədis 1
ANNOTASİYA:
Vəhyin başlaması ilə Islamın iki əsasından biri olan sünnə, Hz. Peyğəmbərin (səs) ən yaxın dostları olan əshabə tərəfindən tam bir diqqət və incəliklə qorunmuş, bə’zən əzbər, bə’zən də yazı yolu ilə tabiunlara çatdırılmışdır. Tabiunlar, ustadları olan əshabələrdən öyrənib təslim aldıqları və özləri üçün Islamı тəтbiг етdiкləri yol və üsul qəbul etdikləri sünnəni eyni saflığı ilə qorumağa çalışmışlar.
O dövrdə ortaya çıxan hədis uydurma və Islamın saf ruhunu bulandırma fəaliyyətləri, tabiunun Qur’ani-Kərim və sünnəyə daha sıx sarılmaları nəticəsini vermişdir. Xüsusilə də Islamın təməlini təşkil edən e’tiqad və fiqh sahəsində Qur’ani-Kərim və sünnətə daha sıx bağlanmışlar. Bu iki qaynaqda hökmü açıq olan xüsuslarda öz rəylərinə yer verməmişlər; hökmü ictihad və rəy ilə müəyyənləşdirmək lazım olanda isə öz fiklirləri ilə ictihad edərkən Qur’ani-Kərim və sünnətin ruhuna sadiq qalmağa diqqət etmişlər. Onlar bu davranışları ilə həm elm həm də əməl (praktika) halında Islamın həqiqətini mühafizə етdilər.
Yüklə

