Hədis 3
Zəif hədislər, səhih və ya həsən hədis olmalarına mane olan qüsurlarına görə müxtəlif dərəcələrə ayrılırlar. Bu dərəcələrdən ən tanınmış olanları bunlardır:
1. Mürsəl Hədislər
Tabiunların, isnadda səhabəni zikr etmədən bilavasitə Peyğəmbərimizdən (səs) eşitmiş kimi rəvayət etdikləri hədislərə mürsəl hədis deyilir.
Tabiunlar, səhabədən gələn nəsildir. Bunlar, Peyğəmbərimizi (səs) görməmiş olduqlarından, bilavasitə onun özündən hədis eşitmələri mümkün deyil. Digər ifadəylə tabiunlar, rəvayət etdikləri hədisləri mütləq səhabilərdən alımışdılar. Belə olduğu halda rəvayət edərkən, o hədisi özündən aldıqları səhabəni anmadan –sanki Rəsulullahdan eşitmiş kimi- قال رسول الله “Rəsulullah buyurdu ki,…” deyə rəvayət etmələri, -hədisi Peyğəmbərimizdən (səs) rəvayət edən səhabi göstərilmədiyi üçün- hədisin isnadında, yə’ni ravilər arasında qıрılmа meydana gəlir. Buna görə də belə isnadla rəvayət edilən hədislər zəif (mürsəl) qəbul edilmişdir.*

