Reklam verin!
roni10Aprel 11, 2008 20:47
Hz.Məhəmməd peyğəmbərin (s) hədislərindən

ANNOTASİYA:

Allaha iman gətirmək və onun bəndələrinə xeyir verməkdən daha üstün xasiyyət yoxdur. Həmçinin, Allaha kafir olub, bəndələrinə zərər vurmaqdan daha alçaq bir əməl yoxdur.
* * *
İbadət yeddi qismdir ki, ən üstünü halal ruzi qazanmaqdır.
* * *
Camaatı əziyyətə salan adam məlundur.
* * *
Ruzi istəməkdə asudə olun. Ruzinin gec yetişməsi sizi haram yollara məcbur etməsin. Allah yolunda sizin üçün ayrılmış ruzi yalnız ibadət etvəklə ələ gələr.
* * *
Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.
* * *
Bir nəfər o həzrətdən xahiş etdi ki, ona nəsihət etsin. Həzrət buyurdu: "Odda yansan və işgəncə altında olsan belə, heç nəyi Allaha şərik bilmə, həmişə qəlbin aram və inamlı olsun. Ata-anana itaət et. İstər diri, istərsə dəölü olsalar, onlara yaxşılıq et, hətta sənə ailəndən və sərvətindən əl çəkməyi əmr etsələr də, dediklərini yerinə yetir; çünki ata-anaya itaət imandandır. Vacib namazını qəsdən tərk etmə; hər kəs bir namazı qəsdən qılmasa, Allahın pənahından kənardadır. Məbada şərab, yaxud başqa məstedici şey içəsən; bunlar hər pisliyin açarıdır".

Yüklə


Bookmark and Share
DinŞərhlər(0)     Baxış sayı:48

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha