Reklam verin!
Yuma Ailə Jurnalı
roni10Aprel 12, 2008 15:49
Lit.az xəbər verir ki, bu gün Britaniya Yazıçılar Birliyinin sədri, məşhur "Mirvarili baba" əsərinin müəllifi Treysi Şövalye bəyanatla çıxış edib. Coan Roulinq və Ceyms Oliverin də qatıldığı mətbuat konfransında sədr bildirib
ki, ölkədə İnternet piratçılığına son qoyulanadək Yazıçılar Birliyi fəaliyyətini dondurur. "Kitab sənayesi rəqəmsal münasibətlərə adaptə oluna bilmir. İnternet əsərlərimizin qeyri-leqal surətlərilə doludur. İndi hər hansı bir sayt, elə götürək Google-ni, bizdən daha yaxşı qazanır. Amazon şəbəkəsi az qala kitabı yarımçıq vəziyyətdə müəllifdən çırpışdırır və kifayət qədər baha qiymətə satır. Burada iştirak edən Coan və Ceyms İnternet piratçılığının ən böyük qurbanlarıdır. Onlar əsərlərinə görə qəpik-quruş qazandıqları halda bəzi kələkbazlar İnternetdə milyonlar əldə edir". Bunu Treysi Şövalye bildirib. Hələ bir neçə il öncə İnternet musiqi sənayesini beləcə iflic vəziyyətə qoyan zaman da mütəxəssislər öz iradlarını bildirmişdilər. Lakin təcrübə göstərdi ki, hadisələr sayt sahiblərinin xeyrinə dəyişdi və doğrudan da bugün hər hansı bir studiya İnternet saytı ilə rəqabət aparmaq iqtidarında deyil. Britaniya yazıçılarını narahat edən də məhz budur. Onların fikrincə yaxın beş il ərzində Google, Amazon və digər iri portallarla rəqabət apara biləcək nəşriyyat qalmayacaq. Xatırladaq ki, Britaniya Yazıçılar Birliyi 8500 peşəkar yazıçını özündə birləşdirən iri təşkilatdır. Son bir neçə ildə İnternet piratçılığına etiraz əlaməti olaraq qurumun 600-dən artıq üzvü yaradıcılığına son qoyduğunu və kimlərinsə varlanmasına xidmət etmək istəmədiyini bəyan edib.
Bookmark and Share
XəbərlərŞərhlər(0)     Baxış sayı:45

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha