Platon
Dövlət
12 hissədən ibarət.
BİRİNCİ KİTAB
Sokrat, Qlavkon, Frasimax, Adimant, Kefal
[Sokrat]. Dünən mən Aristonun oğlu Qlavkonla ilahəyə dua etmək üçün Pireyə getmişdim, belə bayram mərasimi ilk dəfə keçirilirdi və mən onun necə keçirildiyini görmək istəyirdim. Yerli əhalinin təntənəli yürüşü, məncə çox gözəl idi, lakin frakiyalıların (1) yürüşü heç də az cəlbedici deyildi. Biz dua etdik, doyunca baxdıq və şəhərə döndük.
Davamı...