4. İNSAN HAQLARI UĞRUNDA İLK UĞURLU ADDIMLAR
İngilis Azadlıqlarının Böyük Toplusu - Magna Carta (1215)
Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda mübarizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fərdin şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almışdır...
Davamı...
3. İLK SİYASİ TƏHLİL
Aristotel
Qədim yunan filosofu Aristotel (e.ə. 384-322) iyirmi il ərzində Platonun şagirdi olmuş, onun Afina akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmişdir. Platonun ölümündən sonra Aristotel Afinanı tərk etmiş, gələcəyin böyük fatehi gənc İsgəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmışdır. E.ə. 334-cü ildə Makedoniyalı İsgəndərin öz Asiya fütuhatına başlaması ilə Aristotel Afinaya qayıdaraq öz akademiyasını - məşhur liseyi təsis etmişdir. İsgəndərin ölümündən sonra aristokratlar partiyasına yaxın olan Aristotel ateizmdə ittiham edildiyindən Afinanı tərk etmək məcburiyyətində qalmış və bir il sonra dünyasını dəyişmişdir.
Davamı...
Ön söz
Demokratiya: gediləsi uzun bir yol
demokratiya və antidemokratiya
antologiyası e.ə.430 - b.e.1998
Tərtib edəni: Hikmət Hacızadə
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
(FAR CENTRE), Bakı, 2001,
Davamı...
2. İLK ANTİDEMOKRATLAR
Afinalı Platon
Platonun (e.ə. 427/8-347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxşı tanışdır. O, Periklin ölümündən bir il sonra aristokrat ailəsində doğulmuşdur. Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaşayırdı. Ölkəni bürüyən vətəndaş müharibəsi e.ə. 404-cü ildə "On üç tiranın hakimiyyəti" adı ilə məşhur olan mürtəce aristokrat rejiminin bərqərar olmasına gətirib çıxardı. Bu rejimin liderlərindən ikisi - Kriti və Karmid Platonun yaxın qohumları idi. Lakin tezliklə demokrat partiyası aristokratları hakimiyyətdən uzaqlaşdırdı, Platonun hər iki qohumu hadisələrin gedişində öldürüldü. Ölkədə demokratik rejim bərqərar oldu.
Davamı...
1. İLK DEMOKRATLAR
Afinalı Perikl
Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir. Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinalılar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı. Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi. Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir (e.ə. 495-429-cu illər).
Davamı...
AXC Müstəqillik Bəyannaməsi
"Demokratiya: Gediləsi Uzun bir Yol"
Demokratiya və Antidemokratiya
Antologiyası (e.ə.430 - b.e.1998)
Hikmət A.Hacızadə, FAR CENTRE,
Bakı, 2001
Davamı...
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün ərizə forması
Azərbaycan, İngilis və Fransız dillərində
COUR EUROPEENNE DES DROITS DE L'HOMME
EUROPEAN COURT OF HUMAN RIGHTS
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
Conseil de l'Europe - Council of Europe - Avropa Şurası
Strasbourg, France -- Strasburq, Fransa
Davamı...
İNSAN HÜQUQLARININ VƏ ƏSAS AZADLIQLARIN MÜDAFİƏSİ HAQQINDA AVROPA KONVENSİYASI
1953-cü il
Ümumi Bəyannamədə 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolun, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolun, 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 8 saylı Protokolun, 1 noyabr 1997-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına uyğun olaraq dəyişdirilən və eləcə də 2 saylı Protokolun 5-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq həmin Protokolun mətnini özündə ehtiva edən mətn 21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş Konvensiyanın tərkib hissəsidir.
Davamı...
Aristotel, Böyük etika
İki kitab, Azərbaycan dilində
Davamı...
Çingiz Abdullayev
Rus dilində
Почти невероятное убийство
Davamı...